RU

İndoneziyada Semeru vulkanı püskürüb

İndoneziyada Semeru vulkanı püskürüb

İndoneziyanın Yava adasının şərqində yerləşən 3676 metr yüksəklikdəki Semeru vulkanında püskürmə baş verib.Yerli mətbuatın məlumatına görə, İndoneziyanın Yava adasındakı Malanq və Lumacanq bölgələrinin sərhəddində yerləşən Semeru vulkanı yerli vaxtla saat 06:21-də püskürüb.Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian verdiyi açıqlamada püskürmə nəticəsində yaranan külün dəniz səviyyəsindən 4776 metr yüksəkliyə qalxdığını bildirib.Alfian püskürmə səbəbiylə ətraf əraziyə qayaların atılacağını qeyd edərək, sakinləri vulkandan uzaq, təhlükəsiz əraziyə getməyə çağırıb.2021-ci ildən aktiv olan Semeru vulkanı üçün xəbərdarlıq səviyyəsi ikinci mərhələdədir.

Избранный
3
2
afn.az

4Источники