RU

Mehdiabad-Binəqədi ilə “28 May” metrostansiyasını əlaqələndirən tramvay xətti çəkiləcək

“Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur”.

Xezerxeber.az xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Sədr bildirib ki, bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub: ““Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin”.

Избранный
2
50
xezerxeber.az

10Источники