RU

XİN-in adından yayılan feyk məlumat Azərbaycana qarşı dezinformasiya kampaniyasının tərkib hissəsidir - MEDİA

Bakı. Trend:

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan RespublikasınınPrezidentinin “deep-fake” texnologiyalarından istifadə edilərəkhazırlanmış saxta videomüraciəti yerləşdirilmiş, habelə Xariciİşlər Nazirliyi adından “Azərbaycan Hava Yollarına” məxsus sərnişintəyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar həqiqəti əksetdirməyən, feyk məlumat yayılmışdır.

Trend xəbər verir ki, bu barədə Medianınİnkişafı Agentliyi məlumat yayıb.

"Qəti şəkildə bildirmək istəyirik ki, heç bir reallığı əksetdirməyən bu saxta məlumatlar mərkəzləşdirilmiş qaydadaAzərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyandezinformasiya kampaniyasının tərkib hissəsidir", - məlumatdavurğulanıb.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağaçağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentininrəsmi saytı və sosial media hesabları daim aktivdir və dövlətbaşçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır. Eynizamanda, dövlətin rəsmi mövqeyini ifadə edən müvafiq məlumatlarıAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytı vəsosial media hesablarından əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları birdaha bu kimi hallara qarşı hər zaman prinsipial mövqe nümayişetdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsətaldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda qeydolunub.

Избранный
22
40
az.trend.az

10Источники