RU

Sərnişin avtobusu dəhşətli qəza törətdi- ÇOX SAYDA YARALANI VAR

Lənkəran-Boradigah-Masallı yolunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
ONN media xəbər verir ki, sözügedən yolun Lənkəran şəhərindəki yanacaqdoldurma məntəqələrindən birinin yaxınlığında baş verən qəzada xəsarət alanların olduğu bildirilir.
İlkin informasiyaya əsasən, sərnişin avtobusunun minik maşınının üzərinə aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 13 nəfər Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı artıb.
TƏBİB-dən bildirilib ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-i saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
Lənkəranda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
Yol qəzasında xəsarət alan şəxslər aşağıdakılardır:
1. Kərimova Akifə Aşur - 1965
2. Ramazanzadə Xəqani Fizuli - 1991
3. Manafova Jalə Xankişi - 1989
4. Cəfərova Günay Natiq - 1982
5. Əliyeva Gülnar Şəmşir - 1985
6. Qəmbərov Yusif İbrahim - 1968
7. Hüseynov Cəvahir Rövşən - 2008
8. Bayramova Ulduz Sədaqət - 1989
9. Xudaverdiyev Səttar Ramin - 2003
10. Axundzadə Könül Xaliq - 2002
11. Əlizadə Əlifağa Xudu - 1995
12. Allahverdiyeva Rüqǝyya Ramil 2016
13. Ağazadə Yusif Vüqar - 2013
14. Hüseynova Sevda Qurban - 1992
15. Zəkiyeva Ülkər Maksud - 1994
16. Məmmədova Aygün Şamil - 1963
17. Xudaveridiyeva Nuridə - 1979
18. Əkbərov Çingiz Əşrəf - 1984
19. Əkbərzadə Maksum Şahid - 2002
20. Əliyeva Nuranə Rafiq -1981
21. Əhmədova Nazilə Cəfər - 1955
22. Babayeva Arzu Azad - 1985
23. Rüstəmov Hümmət Fizuli - 1975
***
Lənkəranda baş verən yol qəzasında xəsarət alanların sayı 24-ə çatıb.
TƏBİB-dən verilən məlumata görə, Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində yanvarın 28-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb
Избранный
8
4
onn.az

10Источники