RU

Rusiya nümayəndə heyəti Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Dəməşqə gəlib

Rusiya nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə səfər edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Agentliyin məlumatına görə, nümayəndə heyətinə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin XAR üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.

 

Qeyd olunur ki, Rusiya rəsmilərinin Dəməşqə bu səfəri Suriyada hakimiyyət dəyişikliyindən sonra ilk səfər olub.

 

Noyabrın 28-də Suriya müxalifətinin silahlı dəstələri Hələb vilayətinin qərb rayonlarında hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma başlayıb. Nəticədə Hələb, Homs, Həma və Dəməşq şəhərlərini nəzarətə götürüblər. Suriya ordusunun komandanlığı SAR prezidenti Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.

 

Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı vəzifəsindən getməyə qərar verdiyini və Suriyanı tərk etdiyini, “hakimiyyətin sülh yolu ilə ötürülməsinə dair göstərişlər verdiyini” bildirdi. Sonradan məlum olub ki, Suriyanın keçmiş prezidenti ailə üzvləri ilə birlikdə Moskvaya gəlib. Kreml bəyan edib ki, Əsədə sığınacaq verilməsi ilə bağlı qərarı Rusiya prezidenti Vladimir Putin şəxsən verib.

 

Nigar

 

Избранный
25
19
oxu24.com

10Источники