RU

Paytaxtda 10 yeni stansiya tikiləcək

Metronun inkişaf ssenariləri təhlil olunmuşdur və ən optimal ssenari simulyasiya edilərək seçilmişdir.

Day.Az xəbər verir ki, bunu bu gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

"Yollar tikildikdən sonra da bütün bu daşımaları təkcə avtobusların yerinə yetirməsi mümkün deyil. Çünki tələbat çox yüksəkdir və həm də kütləvi daşıyıcıların xidmətlərinin genişləndirilməsi çox vacibdir. Burada metronun inkişaf ssenariləri təhlil olunmuşdur və ən optimal ssenari simulyasiya edilərək seçilmişdir. Diqqətinizə məruzə edilmişdir ki, 10 yeni stansiya tikiləcək, 4 stansiya isə əlaqələndiriləcəkdir. Bu 10 stansiya "Bənövşəyi xətt"in Babək prospektinə qədər və "Yaşıl xətt"in isə metronun "Həzi Aslanov" stansiyasına qədər uzadılmasıdır. Qeyd etmək istərdim ki, "Bənövşəyi xətt"in uzadılması, eyni zamanda, metronun "Avtovağzal" və "Xocasən" stansiyalarının istifadəsini genişləndirəcək və bir daha "20 Yanvar" metrostansiyasına və həmin dairəyə təzyiqi ciddi şəkildə azaldacaqdır.

"Həzi Aslanov"dan "Yaşıl xətt"in uzanması isə gündəlik əsasda şəhərin mərkəzindən istifadə etməklə Xocasəndə yerləşən ticarət mərkəzinə gedib-gələn minlərlə vətəndaşa xidmət edəcəkdir. Bu da bir daha şəhər mərkəzinin trafikinin azalmasına səbəb olacaqdır. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması mümkün olacaqdır. Metro şəhər daxilində olan daşımaları həyata keçirəcəkdir", - o bildirib.

Избранный
11
13
day.az

10Источники