RU

Britaniyanın əhalisi 2032-ci ilə qədər 72 milyonu ötəcək

Böyük Britaniyanın əhalisi qarşıdakı yeddi il ərzində təxminən 5 milyon nəfər artacaq. 

Fins.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb. Bildirilib ki, bu artımın əsas səbəbi net miqrasiya olacaq. 

Britaniya əhalisinin sayı 2022-ci ilin ortasındakı 67,6 milyondan 2032-ci ilin ortasına qədər 72,5 milyona çatacaq. Ən sürətli artım isə İngiltərədə gözlənilir, burada əhali sayı 7,8 faiz artacaq. Müqayisə üçün Uelsdə bu göstərici 5,9 faiz, Şotlandiyada 4,4 faiz, Şimali İrlandiyada isə 2,1 faiz olacaq. 

ONS, həmçinin daha uzunmüddətli proqnozlar təqdim edib. 2022-ci ilin ortasından 2047-ci ilin ortasına qədər olan 25 il ərzində Böyük Britaniyanın əhalisi 8,9 milyon nəfər artaraq, 13,2 faizlik ümumi artım göstərəcək. Lakin bu, 1997-2022-ci illər arasındakı 25 illik dövrdəki 9,3 milyon nəfər (15,9 faiz) artımla müqayisədə daha aşağı bir göstəricidir.

Избранный
1
3
fins.az

4Источники