Bir neçə gün öncə Mingəçevirdə maşın vurması ilə komaya düşən yeniyetmənin nənəsi vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Yevlax rayon Meyvəli kənd sakini 64 yaşlı Lalaxanım Rzayeva dünən gecə saatlarında vəfat edib.
Belə ki, sirkə turşusundan zəhərlənən L.Rzayevanı ailə üzvləri Bakı şəhərinə xəstəxanaya aparan zaman nənə yolda dünyasını dəyişib.
Qeyd edək ki, yanvarın 23-də Mingəçevirdə Gəncə şosesində yol qəzası var verib. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu VAZ-2107 markalı avtomobil vurub. Məktəbli hadisədən sonra komaya düşüb.
Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта