RU

“Biz bütün platformalarda mübarizəyə hazır olmalıyıq”

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası anti-Azərbaycan qüvvələrinin internet resurslarındakı fəaliyyəti ilə bağlı maraqlı informasiya təqdim edib. Komissiya bildirib ki, aparılan monitorinq nəticəsində anti-Azərbaycan kampaniyasında iştirak edən  300-dən çox hesab müəyyən olunub.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Cahangir Məmmədli, bu cür fəaliyyətə qarşı həm mediamızın, həm də sosial şəbəkə istifadəçilərinin ciddi mübarizə aparmalı olduğunu bildirib:

 

“Ölkəmizə qarşı müxtəlif sosial şəbəkələrdə, internet resurslarında aparılan böhtan və qarayaxma kampaniyasına qarşı hər bir şəxs – həm media nümayəndələri, həm də hər bir sosial şəbəkə istifadəçisi aktiv mübarizə aparmalıdır.

 

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan və ona havadarlıq edən qüvvələrə qalib gəldi, erməni faşizmi üzərində həlledici qələbə qazandı. Lakin bu gün həmin qüvvələr internet resurslarında, sosial şəbəkələrdə Azərbaycan əleyhinə aktiv iş aparmaqla dövlətimizin nüfuzuna zərbə endirməyə, onu gözdən salmağa çalışırlar. Çalışırlar ki, dövlətimizin beynəlxalq imici aşağı düşsün, ona qarşı etimadsızlıq yaransın.

 

Jurnalistlərimiz hər zaman düşmənlərin təxribatınıuğurla ifşa edib, bu məsələdə çox böyük həssaslıq sərgiləyib. Biz eyni çeviklik və  həsaslığı bundan sonra da qoruyub saxlamalı, anti-Azərbaycan qüvvələrinə qarşı bütün platformalarda, eyni zamanda sosial şəbəkələrdə ciddi mbarizə aparmalıyıq. Azərbaycan mediasının, Azərbaycan insanın potensialı böyükdür və biz bu potensialdan istifadə edərək düşmənlərimizi bu platformalarda da məğlub etməli, üstünlüyümüzü əldən verməməliyik”.

 

Seymur ƏLİYEV

 

Избранный
2
21
moderator.az

10Источники