RU

Bu şəhərdə bütün küçələrdə siqaret çəkmək qadağan edilib

Osaka bütün şəhər küçələrində siqaret qadağası tətbiq edib.

Demokrat.az
xəbər verir ki, bunu yerli nəşr Sora News yazır.

Yanvarın 27-də Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkməyə tam qadağa qüvvəyə minib. Yeni qaydalar həm adi siqaretlərə, həm də elektron cihazlara şamil edilir.

Bu addım əvvəllər tətbiq edilən və yalnız şəhərin müəyyən ərazilərində qüvvədə olan məhdudiyyətlərin məntiqi davamı hesab edilir.

Osaka küçələrində siqaret çəkmək indi hər pozuntuya görə 1000 yen cərimə ilə cəzalandırılır.

Siqaret çəkmə qadağası 2025-ci ilin aprel-oktyabr aylarında şəhərdə keçiriləcək "Expo 2025" ərəfəsində şəhərin abadlaşdırılması proqramının bir hissəsidir. Tədbirə hazırlıq çərçivəsində səlahiyyətlilər aprelin 13-də sərginin açılışına qədər ümumi sayı 330-a çatdırmaqla 17 yeni ictimai siqaret çəkmə meydançası qurmağı planlaşdırır.

Yeni tədbirlər təkcə ekoloji vəziyyətin yaxşılaşdırılmasına deyil, həm də beynəlxalq tədbirə qədər şəhərin daha cəlbedici imicinin yaradılmasına yönəlib.

Əfsanə Kamal
Demokrat.az

Избранный
17
7
demokrat.az

10Источники