RU

Daşqınlar 40 illik rekordu qırdı: Fransanı su basıb - FOTO

Fransanın qərbində güclü daşqınlar baş verib. Su səviyyəsi bu həftə sonu yüksəlməyə başlayıb və yeni əraziləri su basmağa davam edir. Bəzi yerlərdə daşqınlar 40 illik rekordları qırıb.
 

Sfera.az bildirir ki, daşqınlar Fransanın şimal-qərbindəki Brittani bölgəsində başlayıb. Ertəsi gün Ille-et-Vilaine departamenti daşqın təhlükəsi ilə bağlı ən yüksək səviyyəyə qaldırıldı.
 

Fransa meteorologiya agentliyi yanvar ayı üçün yağıntıların ümumi miqdarının 170 millimetri keçdiyini, 1944-cü ildən bəri qeydə alınan ən yüksək miqdar olduğunu açıqlayıb.
 

Renn şəhərində daşqınlar artıq 40 illik rekordu qırıb. Suyun çox olması səbəbindən 400-ə yaxın yerli sakin evlərini tərk etməli olub. Su yaşayış binalarının birinci mərtəbəsinə çatıb. İnsanlar idman zallarına sığınıblar.
 

Vilen çayı üzərində yerləşən Gipridə də əhalinin təxliyyəsi davam edir. Bəzi yerlərdə suyun səviyyəsi 3,52 metr təşkil edib ki, bu da 1981-ci ildə müəyyən edilmiş rekord səviyyədən cəmi bir neçə santimetr azdır.
 

Hazırda sel səbəbindən 42 yerli və respublika əhəmiyyətli avtomobil yolları qismən bağlanıb.
 

Daşqın Britaniya adalarına ziyan vuran və həmçinin Fransanın Atlantik sahillərinə güclü yağışlar gətirən Eowyn fırtınasının ardınca gələn Herminia siklonunun gəlməsi ilə başlayıb. Həddindən artıq nəmlik səbəbindən torpaqlar artıq su ilə doymuş olub.

 

Aysel

Избранный
12
50
sfera.az

10Источники