RU

Çin bu il Orta Dəhlizlə 600 qatar yola salacaq

Son illərdə geosiyasi çağırışlar fonunda Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) xüsusi önəm verir. Avrasiya qitəsinin mərkəzində yerləşən bu ölkə üçün ixrac mallarını dünya bazarlarına çatdırmaq üçün alternativ nəqliyyat marşrutlarının olması milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.

“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti yanında “İnteqrasiya edilmiş Planlaşdırma Direktorluğu”nun direktor müavini Alibi Tulegenov  Azərbaycan mediasına müsahibəsində Orta Dəhlizin hazırkı inkişaf mərhələsi və perspektivləri barədə danışaraq bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu adları çəkilən ölkələrin liderlərinin xüsusi diqqət mərkəzindədir. Hər iki ölkə tranzit potensialını inkişaf etdirmək və ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də beynəlxalq ticarət üçün geniş perspektivlər açır.

A.Tulegenov fikrinin təsdiqi məqsədilə diqqəti konkret göstəricilərə yönəldib: “2024-cü ildə Orta Dəhliz vasitəsilə 3,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 21 faiz artım deməkdir. Bu artım əsasən Qazaxıstanın ixracının genişlənməsi hesabına mümkün olub – ixrac həcmi 21 faiz artıb. Hazırda Transxəzər marşrutunun dəmir yolu seqmentinin ötürücülük qabiliyyəti ildə 6 milyon ton təşkil edir. Lakin planlarımızda bu göstəricinin dəhlizin bütün infrastrukturu – dəmir yolu və limanlar – hesabına ildə 10 milyon tona çatdırmaq nəzərdə tutulur.

“Qazaxıstan Dəmir Yolları”nın rəsmisinin sözlərinə görə, 2024-cü ildə Çinin Sian şəhərində Qazaxıstan – Çin yük terminalının istifadəyə verilməsi ilə Orta Dəhliz üzrə Çindən konteyner tranziti xeyli artıb. İlin yekunlarına görə, 358 konteyner qatarı göndərilib ki, bu da əvvəlki dövrlə müqayisədə 33 dəfə çoxdur. 2025-ci ildə Çindən Orta Dəhliz vasitəsilə, təxminən, 600 konteyner qatarının göndərilməsi planlaşdırılır. Bu isə marşrutun potensialından xəbər verir.

Hazırda əsas prioritetlərdən biri tranzit vaxtını azaltmaqdır. Bunun üçün Qazaxıstan və Azərbaycanın nəqliyyat şirkətləri gəmi və qatarların hərəkət qrafikini koordinasiya edir, əməliyyatların əlaqələndirilməsini gücləndirir və gözlənilməz gecikmələrin qarşısını almaq üçün tədbirlər görür. 

 

Избранный
11
xalqqazeti.az

1Источники