ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə görüşəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.
Bildirilib ki, görüş fevralın 4-də baş tutacaq: "Görüşdə regional məsələlər, xüsusilə Qəzzada atəşkəs məsələsi müzakirə olunacaq".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ