RU

Psixoloq tez qocalmağın səbəblərini AÇIQLADI

İnsanların, xüsusilə də qadınların tez qocalması çoxlarını qorxudan hallardır. Bəzən kənardan yaşlı görünən insanın real yaşını öyrəndikdə təəccüblənirik. Tez qocalmağın bioloji olduğu qədər psixoloji səbəbləri də var.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı modern.az-a danışan psixoloq Nizami Orucov bildirib ki, bu, həyat tərzindən bilavasitə aslı  məsələdir:

"Çünki elə qoca insanlar var ki, mükəmməl olmasa da, öz işini görə biləcək potensialda olurlar. Günlük işlərini görə bilirlər. Enerjiləri hədsiz aşağı olmur. Tez qocalma qidalanma, fiziki aktivlik, psixoloji sağlamlıq, sosiallaşma bacarığı, ətraf mühitlə adaptasiya kimi amillərdən aslıdır. Bu vərdiş və bacarıqlar yerində olduqda, tez qocalma kimi hal baş vermir. Psixologiya və bədən uzun müddətli olaraq sağlam qalır və qocalma gecikir".

Psixoloqun sözlərinə görə, düzənsiz qidalanma, informasiya zəhərlənməsi, beyni yoran məşğuliyyət və maraq dairəsi, həyata realist yanaşmamaq, real mən ilə ideal mən arasındaki kəskin fərq, qeyri - sağlam baxış bucağı, həyat tərzinin pis və ziyanlı vərdişlərlə əhatələnməsi tez qocalmaya səbəb olan amillərdəndir.

Milli.Az

Избранный
24
milli.az

1Источники