Ağ Evin yeni sözçüsü Kerolayn Livitt yeni vəzifəsində ilk brifinqini keçirib.
“Qafqazinfo” bu barədə “Fox News”a istinadən xəbər verir.
Livitt mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı açıqlamalar verib.
O, qeyri-qanuni immiqrasiya ilə bağlı sərt mesajlar verərək ABŞ-yə qanunsuz daxil olan hər kəsin cinayətkar sayılacağını bildirib:
“ABŞ-yə qeyri-qanuni yollarla daxil olan əcnəbidirsə, əlbətdəki cinayətkar sayılır. Əgər onlar ölkəmizin qanunlarını pozublarsa, bəli, cinayətkardırlar”.