RU

Fransada müttəfiqlə MÜHARİBƏ TƏHLÜKƏSİ

"Fransız qoşunlarının Qrenlandiyaya göndərilməsi Amerika ordusu ilə toqquşmaya səbəb ola bilər".

Publika.az xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot "X" (Twitter) səhifəsində bildirib.

O, hökumətin həqiqətən Qrenlandiyadakı Amerika qoşunlarına və Ukraynaya ruslara qarşı döyüşmək üçün fransız əsgərlərini göndərmək istəyib-istəmədiyini soruşub.

Bir gün əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris ABŞ prezidenti Donald Trampın adanı ələ keçirməklə hədələrinə cavab olaraq Danimarka ilə Qrenlandiyaya qoşun yeritmək imkanını müzakirə etməyə başlayıb .

Eyni zamanda, Barro ABŞ-ın Qrenlandiyanı həqiqətən işğal edəcəyinə şübhə etdiyini bildirib.

Избранный
7
1
publika.az

2Источники