"The Coca-Cola Company" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib.
Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə "Agence France-Presse"ə şirkətdən bildirilib. Bildirilib ki, dəqiq rəqəmlər olmasa da, lakin söhbət yüz minlərlə məhsuldan gedir. Onların məlumatına görə, tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" markalarının qutularda və şüşələrdə olan məhsullarına aiddir. Şirkət bildirib ki, problem Gentdə istehsal tələblərinə uyğunluq üzrə içkilərin keyfiyyətinin yoxlanılması zamanı aşkar edilib. Agentlik qeyd edir ki, standartlara uyğun olmayan məhsulların böyük hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazarlara buraxılmayıb, qalan partiyanın geri çağırılması üzərində şirkət göstərilən ölkələrin hakimiyyət orqanları ilə işləyir.