Bələdiyyə seçkiləri keçirilir – İlham Əliyev səs verdi
Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Yeniavaz.com xəbər verir ki, Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Qeyd edək ki səhər saatlarından ölkədə seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. MSK sədri Məzahir Pənahov saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçici aktivliyi haqqında canlı məlumat verəcək.