RU

Aİ Rusiyadan LNG idxalına tam qadağa qoyulmasını yeni sanksiyalara daxil etməməyi qərara alıb

Avropa İttifaqının (Aİ) yeni anti-Rusiya sanksiyalar paketi, bəzi ölkələrin çağırışlarına baxmayaraq, Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalına tam qadağanı əhatə etməyəcək.

Bu barədə “Politico” nəşri təşkilata üzv ölkələrin adı açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası çərşənbə günü Aİ ölkələrinin hakimiyyət orqanlarına 16-cı anti-Rusiya sanksiyalar paketinin layihəsini rəsmi olaraq təqdim edəcək. Yeni məhdudiyyətlər yalnız Aİ-nin ümumi qaz paylama sisteminə qoşulmayan mayeləşdirilmiş təbii qaz (LNG) qəbulu terminallarına aid olacaq. Nəticədə yeni sanksiyalar Rusiyanın LNG idxalının əksəriyyətinə təsir etməyəcək.

© Report

Избранный
4
4
marja.az

7Источники