RU

Pessimist ssenaridə 1 milyard 879 milyon manat kəsir ola bilər - NEFT FONDUNUN 2025 BÜDCƏSİNƏ RƏY

Dövlət Neft Fondunun 2025-ci il üçün büdcəsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsi 5 maddədən ibarət olmaqla tərtib olunmuş, layihənin 1-ci maddəsində Fondun büdcə gəlirləri 14 452,5 mln. manat, büdcə xərcləri 14 640,4 mln. manat məbləğində təqdim olunmuş, 2-ci maddəsində isə Fondun gəlirlərinin formalaşma mənbələri göstərilmişdir. Fərman layihəsinin 3-cü maddəsində Fondun xərc istiqamətləri, 4-cü maddəsində vəsaitin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) və Dövlət Neft Fondunun 2025-ci il üçün investisiya siyasəti verilmişdir. Fərman layihəsinin 5-ci maddəsi ilə Dövlət Neft Fondunun 2025-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihəsi verilmişdir.

Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin layihəsinə Rəyində bildirilir.

Qeyd edilib ki, cari il üçün ilkin təsdiq edilmiş Fondun büdcəsi ilə müqayisədə xam neftin satış qiymətinin 10,0 ABŞ dolları artıq nəzərdə tutulmasına, ilk dəfə olaraq Fondun gəlirlər hissəsinə yeni gəlir mənbəsinin əlavə edilməsinə (neft-qaz layihələrinin həyata keçirilməsilə bağlı dvidendlər 396,2 mln. manat) baxmayaraq Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilatın həcminin azalması və Şahdəniz yatağı üzrə qaz hasilatının təxminən eyni, qiymətinin isə az olması, transfert həcminin isə maksimum həddində nəzərdə tutulması, Fondun büdcəsinin kəsirlə (-187,8 mln manat) formalaşmasının proqnozlaşmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il ilkin və dürüstləşdirilmiş, 2025-ci il büdcəsi aşağıdakı gəlir və xərc istiqamətləri üzrə formalaşmışdır

ARDNF-nin 2025-ci il büdcəsində baza proqnozuna əsasən 187,8 mln. manat kəsir nəzərdə tutulsa da, neftin qiymətinə bağlı olaraq büdcə balansı pessimist ssenaridə 1 878,9 mln. manat kəsirə, optimist ssenaridə isə 1 503,0 mln.manat profisitə dəyişə bilər 

Fondun büdcəsində götürülən 1 barel neftin orta illik ixrac qiymətinə uyğun ARDNF-nin növbəti il üzrə büdcə gəlirləri 8 501,5 mln. ABŞ dolları və ya 14 452,5 mln. manat proqnozlaşdırılmışdır. ARDNF-nin xərcləri 8 611,9 milyon ABŞ dolları və ya 14 640,2 milyon manat olmaqla, növbəti büdcə ilində büdcə kəsirinin 110,4 mln. ABŞ dolları və ya 187,8 mln. manat həcmində olması proqnozlaşdırılmışdır. Bundan əlavə İqtisadiyyat Nazirliyinin məlumatına əsasən növbəti ildə neftin pessimist və optimist qiymətləri uyğun olaraq 60 və 80 ABŞ dolları götürülmüşdür. Həmin ssenarilərə uyğun ARDNF-nin büdcə gəlirləri pessimist ssenaridə 7 506,7 mln. ABŞ dolları və ya 12 761,3 mln. manat, optimist ssenaridə isə 9 496,0 mln. ABŞ dolları və ya 16 143,2 mln. manat proqnozlaşdırılır ki, bu göstəricilərə uyğun olaraq Fondun büdcə kəsirinin pessimist ssenaridə 1 105,2 mln. ABŞ dolları və ya 1 878,9 mln. manat və optimist ssenaridə büdcə profisitinin 884,1 mln. ABŞ dolları və ya 1 503,0 mln. manat olması proqnozlaşdırılır

Qeyd edilib ki, Fondun büdcəsinin kəsirlə proqnozlaşdırılması və icra olunması təqdirdə, Fondun idarəetməsində olan vəsaitlərin azalması ilə yanaşı vəsaitlərin idarəedilməsinə də təsirini şərtləndirməkdədir.

Fondun 2024-cü il dürüstləşmiş büdcəsinin gəlirləri 14 109,2 mln. manat, büdcə xərcləri 12 904,9 mln. manat, büdcə balansı 1 204,3 mln. manat profisitlə icra olunması proqnozlaşdırılmışdır. Ümumilikdə Fondun gəlirlər istiqamətini iki istiqamət üzrə qruplaşdırsaq, gəlir komponentlərinin reallaşmış və reallaşmamış olaraq qeyd etsək, 2024-cü il üzrə Fondun büdcəsinin proqnozunda reallaşmış gəlirlərinin həcmi 10 977,3 mln. manat (Fondun büdcə gəlirləri çıxılsın Fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər), büdcə xərclərinin həcmi isə 12 904,9 mln. manat olması proqnozlaşdırılmışdır ki, 1927,6 mln. manat və ya 1 133,9 mln. ABŞ dolları həcmində vəsaitin Fondun idarəetməsində olan vəsaitin azalması hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.

Fond tərəfindən təqdim edilən 2024-cü ilin sonuna gözlənilən gəlirlərin 15 778,6 mln. manat, idarəetmə gəlirlərinin 3 328,2 mln. manat, xərclərinin isə 12 904,9 mln. manat olması proqnozlaşdırılır ki, kəsir məbləğinin 454,5 mln. manat vəsait qədər idarəetmədə olan vəsaitin azalmasını qaçılmaz edir. Təqdim edilmiş 9 aylıq faktiki icra məlumatlarına əsasən Fondun gəlirləri 15 004,0 mln. manat, reallaşdırılmış gəlirləri 9 424,1 mln. manat, büdcə xərcləri isə 9 634,5 mln. manat təşkil etmişdir ki, nəticədə büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə Fondun 210,4 mln. manat və ya 123,8 mln. ABŞ dolları vəsait idarəetmədə olan vəsaitin azalması hesabına ödənilmişdir. 

Proqnozlaşdırılmış Neft Fondunun 2025-ci il büdcəsinə də eyni yanaşma ilə baxıldıqda faktiki Fondun investisiyaları hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş vəsaitin həcmi 3 650,0 mln. manat və ya 2 147,1 mln. ABŞ dolları təşkil etməkdədir. 

Qeyd edilib ki, Fondun büdcəsinin uzun müddət bu istiqamətdə (kəsirlə) icrası bir sıra risklər yaratmaqdadır. 

Belə ki,

Vəsaitin azalması riski: Fondun büdcə kəsirinin maliyyələşdirilməsi üçün idarəetmədə olan vəsaitin azalması, Fondun maliyyə dayanıqlılığına təsir edən əsas faktorlardandır. 

Gəlirlərin realizasiyası riski: Proqnozlaşdırılan gəlirlərin reallaşmaması, xüsusilə investisiya gəlirlərinin gözlənilən səviyyədə olmaması.

Избранный
0
2
marja.az

3Источники