Sumqayıt şəhərində yerləşən evlərin birində yanvarın 29-da saat 5 radələrində 1993-cü il təvəllüdlü Səbinə Abışovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Redaktor.az-a bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun əri, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ağabala Babışov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***
Sumqayıtda qətl hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.
32 yaşlı Səbinə Babışova səhər saatlarında bıçaqla qətlə yetirilib. Hadisəyə görə əri Ağababa Babışov şübhəli bilinir.
Cütlüyün iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.