2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir: Təşkilat Komitəsinin sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini; Təşkilat Komitəsi sədrinin müavini; Azərbaycan Respublikasının gənclər və idman naziri. Təşkilat Komitəsinin üzvləri: Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini; Azərbaycan Respublikası maliyyə nazirinin müavini; Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini; Azərbaycan Respublikası daxili işlər nazirinin müavini; Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini; Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini; Azərbaycan Respublikası xarici işlər nazirinin müavini; Azərbaycan Respublikası səhiyyə nazirinin müavini; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini; Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini; Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru; Ətraflı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini; Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini; "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini; "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini; "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti; Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti; "CBC Sport” televiziya kanalının baş direktoru; Oğuz Rayon İcra Hakimiyyətinin başçısı; Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini; Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini; Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini; Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini; İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini; Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini; Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini; Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini; Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini; Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini; Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini; Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini; Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini; Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.www.anews.az