Özbəkistan Silahlı Qüvvələri Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən ANKA pilotsuz uçuş aparatının (PUA) yeni müştərisi olub.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, ANKA PUA-ların tədarükü ilə bağlı tərəflər arasında müqavilə imzalanıb.
Müqavilə çərçivəsində pilotsuz uçuş aparatının çatdırılmasına yaxın vaxtlarda başlanılması planlaşdırılır.
Qeyd edək ki, TUSAŞ indiyədək Özbəkistandan başqa, 7 ölkəyə – Türkiyə, Əlcəzair, Qazaxıstan, Tunis, Malayziya, İndoneziya və Çada ANKA PUA tədarük edib.