ABŞ Prezidenti Donald Trampın bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandırmaq qərarından sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) humanitar missiyaları azaltmağa başlayıb.
Reyting.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) rəhbəri işçilərə xərcləri məhdudlaşdırmaq, bütün beynəlxalq səyahətləri dayandırmaq və yeni alışları 90 gün müddətinə dondurmaq əmri verən məktub göndərib.