ABŞ bəzi humanitar layihələr üçün xarici yardım proqramlarının dondurulmasını ləğv etdi
ABŞ Dövlət Departamenti “həyatları xilas edən” humanitar proqramların maliyyələşdirilməsini müvəqqəti olaraq davam etdirmək qərarına gəlib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Washington Post” və “Associated Press” dövlət katibi Marko Rubionun bir sıra layihələrə göndərdiyi bəyanata istinadən məlumat yayıb. Bildirilib ki, Rubio, vacib həyat qurtaran dərmanlar, tibbi xidmətlər, qida, sığınacaq, dolanışıq vasitələri təmin edən humanitar layihələr üçün xarici yardımın dondurulmasına istisna edib. Eyni zamanda, Dövlət Departamenti abortla bağlı proqramlar, gender proqramları, transgender insanlara yardım və həyatların xilas edilməsi ilə bağlı olmayan digər yardımlar üçün qərarı qüvvədə saxlayıb.