Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.
OLAY yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.
![](https://olay.az/uploads/posts/2025-01/1738130415555716947_1200x630.webp)
![](https://olay.az/uploads/posts/2025-01/17381304152841017978_1200x630.webp)
![](https://olay.az/uploads/posts/2025-01/prez-1.webp)
![](https://olay.az/uploads/posts/2025-01/17381304156177824043_1200x630.webp)