RU

Asif Əsgərov: “Qayda pozuntusu olsa, müşahidəçilər dərhal tədbir görürlər”

"Səsvermə prosesində hər hansı bir qayda pozuntusu olsa, müşahidəçilər dərhal tədbir görürlər. Düşünürəm ki, seçkilər şəffaf və obyektiv bir şəkildə həyata keçirilir".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

O bildirib ki, bələdiyyə seçkiləri ötən illər kimi bu il də ədalətli bir şəkildə başa çatacaq:

"Bu da Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyalarının işini yüksək şəkildə həyata keçirməsinin nəticəsidir. Hesab edirəm ki, gələcəkdə yeni seçilən namizədlər öz əraziləri üzrə xalqının xeyiri üçün çalışacaqlar".

Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Избранный
3
2
bizim.media

10Источники