ABŞ miqrasiya və Gömrük Polisinin (ICE) qeyri-qanuni miqrantların kütləvi deportasiyası üçün maliyyə vəsaiti çatışmır. Buna görə də ABŞ administrasiyası digər qurumların büdcələrindən vəsaitlərin yönləndirilməsi variantlarını nəzərdən keçirir.
İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Mənbələr bildirib ki, xüsusilə Ağ Ev Nəqliyyat Təhlükəsizliyi Administrasiyası, ABŞ Kiber Təhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi (CISA) və Sahil Mühafizəsindən vəsait götürmək imkanını araşdırır.
Daha əvvəl Daxili Təhlükəsizlik Nazirliyi keçmiş və hazırkı əməkdaşları NBC-yə bildiriblər ki, bir qeyri-qanuni miqrantın deportasiyası 10,5 min dollara başa gəlir. ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə hüquq-mühafizə orqanları gündə orta hesabla 282 nəfər saxlayır. Lakin bu göstəricinin 1,2-1,5 min nəfərə çatdırılması planlaşdırılır.
NBC-nin xatırlatdığına görə, Trampın Ağ Evə qayıtmasına qədər ICE-nin 230 milyon dollar çatışmazlığı var idi və maliyyələşdirmə problemi uzunmüddətli xarakter daşıyırdı. 2023-cü maliyyə ilində Daxili Təhlükəsizlik Nazirliyi öz digər qurumlarından ICE-yə 400 milyon dollar köçürüb: bu vəsait 40 min nəfərin deportasiyasına sərf edilməli idi.