RU

Fransanın Əlcəzairdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

Strasburq, 29 yanvar, AZƏRTAC

Fransanın Əcəzairdəki səfiri Stefan Romatet Parisdə əlcəzairlilərə qarşı alçaldıcı rəftarla əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC xəbər verir ki, bu, bir aydan bir az artıq müddətdə səfirin XİN-ə artıq ikinci çağırılmasıdır.

Əlcəzair bir neçə vətəndaşının Parisin Şarl dö Qol aeroportunda sərhəd polisi tərəfindən məruz qaldığı təxribatçı, alçaldıcı və ayrı-seçkilik xarakteri daşıyan rəftarı ilə bağlı dərin narahatlığını ifadə edib.

Əlcəzair Xarici İşlər Nazirliyi bu cür qəbuledilməz hərəkətlərə qəti etirazını bildirib. Səfirdən Fransa hökumətinə başucalığı gətirməyən bu qəbuledilməz hərəkətlərə və təcrübələrə dərhal son qoyulmasını təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsinin zəruriliyi barədə öz hökumətini məlumatlandırmaq xahiş edilib.

Qeyd edək ki, iyulun sonunda Parisin Qərbi Saharada Mərakeşin muxtariyyət planına dəstək verdiyini açıqladıqdan sonra iki ölkə arasında münasibətlər pisləşib. İlin əvvəlində Fransada bir neçə əlcəzairli influenserin həbsi gərginliyi daha da artırıb.

Избранный
9
50
azertag.az

10Источники