RU

"Neftçi" daha iki legionerini göndərir - amma...

Uğursuz mövsüm keçirən “Neftçi”də islahatlar davam edir.

Apasport.az saytına verilən məlumata görə, klub daha bir futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

“Ağ-qaralar” Dembo Darbonu komandadan göndərmək niyyətindədir. Buna səbəb hücumçunun özünü meydanda yaxşı tərəfdən göstərə bilməməsidir.

Demək olar ki, Roman Qriqorçukun israrla “Neftçi”yə gətirdiyi Darbo futbol üçün yararsız vəziyyətdir. O, bu səbəbdən mövsümün böyük hissəsində iştirak edə bilməyib.

Lakin Darbonun göndərilməsi çətin görünür. Çünki qambiyalı futbolçu müqaviləsinə xitam vermək istəmir. 

Hücumçunun “Neftçi” ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir. O, həmin müddətə qədər olan maaşını tələb edir və məvacibi almadan komandanı tərk etməyi planlaşdırmır.

Hazırda klub rəhbərliyi forvardla bu istiqamətdə danışıqlar aparır. Onun mümkün olan ən qısa zamanda komandadan göndərilməsi planlaşdırılır.

Daha öncə xəbər verdiyimiz kimi, "ağ-qaralar" özünü heç cür doğrultmayan Rafael Quzzonu da göndərmək istəyir. Elvin Camalovun transferindən sonra onun gedişi dəqiqləşib.

Qeyd edək ki, hər iki futbolçu ötən ilin yayında “Neftçi”yə transfer olunub. Darbo “ağ-qaralar”ın heyətində çıxdığı 11 oyunda 3 qol vurub. Quzzo isə 12 matçda forma şansı qazanıb.

“Qəbələ”nin üzvü əməliyyat olunub

Renat Dadaşov Azərbaycana gəlir - "Neftçi", yoxsa "Qarabağ"?

"Qarabağ" daha bir legioneri ilə vidalaşır - EKSKLÜZİV

Felipe Santos: "Neftçi" ilk oyunda feyr-pleyə əməl etsəydi..."

"Şahruddin topu uzaqlaşdıra bilmədiyi üçün narazılıq edirdi" - Müsahibə

Избранный
12
50
apasport.az

10Источники