Hücumçu Lionel Messi “İnter Mayami” ilə müqaviləsini yeniləməyə tələsmir.
Doğru.az xəbər verir ki , futbolçu “Barselona” üçün darıxır və karyerasını bitirdikdən sonra orada yaşamağa davam etmək niyyətindədir.
Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 39 oyuna çıxıb, 34 qol vurub, 18 məhsuldar ötürmə edib.
Lionelin klubla müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.
Bekhem daha əvvəl Messinin təqaüdə çıxdıqdan sonra harada yaşamağı planlaşdırdığını açıqlamışdı.
DOĞRU.AZ