AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, İdarəetmə və Büdcə Ofisinin (OMB) göstərişi qüvvəyə minməzdən bir müddət əvvəl, hakim Loren Alixan qeyri-kommersiya təşkilatlarını, kiçik biznes sahiblərini və səhiyyə mütəxəssislərini təmsil edən bir neçə vəkillik qrupunun iddiasına əsasən fərmanın icrasının dayandırılması barədə qərar çıxarıb.
Hakim öz qərarını Ağ Evin sərəncamının “düzəlməsi mümkün olmayan zərər riski” ilə əsaslandırıb.
“
Hökumət dondurulacaq proqramların tam həcmini bilmir”,- xanım Loren Laixan vurğulayıb.
Amerika mətbuatının yazdığına görə, Trampın qərarı digər məsələlərlə yanaşı, universitet qrantları, kiçik biznes üçün kreditlər, ətraf mühitin qorunması layihələri və gender müxtəlifliyinin dəstəklənməsinə də aiddir. Ağ Ev bütün federal yardım proqramlarının dayandırılmasını bu proqramların Trampın siyasət prioritetlərinə nə dərəcədə uyğun olduğunu yoxlamaq ehtiyacı kimi izah edib.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı növbəti məhkəmə iclası fevralın 3-nə təyin olunub. Hakim Alixanın verdiktinə əsasən, o vaxta qədər Tramp administrasiyası ABŞ Konqresinin artıq təsdiq etdiyi hökumət yardım proqramları çərçivəsində ödənişləri dayandıra bilməz.
Sahil İsgəndərov
AzVision.az