RU

Acqalmaqla müalicə olunmaq: təhlükələri




Acqalma və aclıq orucu bədəni toksinlərdən təmizləməyə kömək edir və hətta xərçəngin qarşısını alır kimi inanc bu gün intervallı acqalmaya marağı artırıb.


“Medicina” xəbər verir ki, müayinə olunmadan və internetdən alınma tövsiyələrlə bədənin təmizlənməsi təhlükəli nəticələr verə bilər.

Qastroenteroloq Sofiya Kardaşova terapevtik oruc zamanı bədəndə nə baş verdiyini danışıb.


“Tibbi praktikada üç növ oruc var:

Tam oruc, insan yemək yemir, ancaq su içir.

Həm yemək, həm də suyun istisna edildiyi quruoruc.

Qismən oruc tutmaq və ya "yetərsiz qidalanma" istehlak edilən qida miqdarının ciddi şəkildə məhdudlaşdırıldığı metod.

Yalnız tam və mütləq oruc müalicəvi əhəmiyyətə malik ola bilər və bu növlər yalnız həkim nəzarəti altında, əksər hallarda xəstəxana şəraitində tətbiq edilir.

Oruc tutarkən bədəndə nə baş verir?

İnsan kənardan qida qəbul etməyi dayandırdıqda, orqanizm daxili ehtiyatlardan istifadə etməyə başlayır. İlk 2-3 gün bədəndə ehtiyatları məhdud olan karbohidratlara sərf olunur. Sonra yağ yandırma prosesi başlayır. Ancaq bu mərhələdə ciddi bir problem yaranır: uzun müddətli oruc ilə bədəndə asidoz inkişaf edir.Bu vəziyyət 9-10 günə qədər davam edə bilər.

Əgər oruc mütəxəssis nəzarəti olmadan davam edərsə, orqanizm əzələ və orqanların tikinti materialı olan zülalları istehlak etməyə başlayır. Bu təhlükəlidir, çünki ölüm də daxil olmaqla ciddi fəsadlara gətirə bilər”

Çox vaxt terapevtik orucun tərəfdarları bunun "bədəni toksinlərdən təmizləməyə" kömək etdiyini iddia edirlər. Lakin rəsmi tibbdə “şlak”, zəhər termini mövcud deyil. Bu marketinq hiyləsidir. Bədənin özü böyrəklər, qaraciyər və dəri vasitəsilə lazımsız maddələrin xaric edilməsinin öhdəsindən gəlir və bu, oruc tutmağı tələb etmir.

Aygün Musayeva


Избранный
5
1
medicina.az

2Источники