RU

Tez-tez makiyaj edən xanımların NƏZƏRİNƏ

Mütəxəssislər gözün daxili hissəsinə (su xəttinə) karandaş çəkməyi sevən şəxsləri ehtiyatlı olmağa çağırır. Düzgün məhsullardan istifadə edilmədikdə və ya gigiyenik qaydalara əməl olunmadıqda, bu vərdiş göz sağlamlığınıza ciddi şəkildə təsir göstərə bilər.

Bəs göz karandaşının hansı riskləri ola bilər?

Doktorm.az xəbər verir ki, oftalmoloqların fikrincə, göz üçün nəzərdə tutulmayan keyfiyyətsiz kosmetik vasitələrdən istifadə və ya karandaşların təmizlənməməsi nəticəsində gözə infeksiya düşə bilər.

Kosmetik vasitələr gözyaşı ilə qarışaraq müvəqqəti olaraq bulanıq görməyə səbəb olur. Gözün həssas bölgəsi üçün uyğunsuz məhsullar qızartı, qaşınma və hətta şişkinlik yarada bilər. Daha sonra isə göz yaşı kanallarının tıxanıqlığı yarana bilər.Karandaş çəkərkən göz yaşı kanallarına yaxın yerlərə təsir etmək bu kanalların tıxanmasına səbəb ola bilər. Sərt və ya ehtiyatsız hərəkətlərlə karandaş çəkmək korneanı mexaniki zədələyə bilər. Bütün bunlar fonunda kor belə qala bilərsiz. 

Qeyd edək ki, gözlərdə hər hansı narahatlıq və ya görmə ilə bağlı problem yaranarsa, dərhal oftalmoloqa müraciət etmək vacibdir. Bundan əlavə yalnız oftalmoloqlar tərəfindən təsdiqlənmiş hipoallergen məhsullardan istifadə tövsiyə edilir.

Gözlər ən həssas orqanlarımızdan biridir. Göz sağlamlığınızı qorumaq üçün kosmetik vasitələrin seçiminə və istifadəsinə diqqət yetirin. /milli.az

Избранный
2
4
Doktorm.az

6Источники