RU

“Qarabağ” “Turan Tovuz”a, “İmarət” də “Ultras Turan”a uduzdu – NİYƏ?

Misli premyer-liqasının 20-ci turunda “Qarabağ” evdə “Turan Tovuz”a məğlub oldu (1:2).

Oyunu tribunadan 1200 azarkeş izləyirdi ki, onların də ən azı yarısı qonaq azarkeşlər idi. “İmarət Tayfa” ilə “Qarabağ Ordu” birlikdə uzaqbaşı 600 azarkeş toplamışdı. “Ultras Turan” əvvəldən sona qədər, bezmədən, yorulmadan sevimli komandasını dəstəklədilər. Belə çıxır ki, təkcə “Qarabağ” “Turan Tovuz”a uduzmadı, həm də Ağdam klubunun fanatları tovuzlulara uduzdu? “İmarət”in rəhbərlərindən Elnur Quliyevin açıqlaması:

“Azərbaycanda hansısa fanklubun “İmarət Tayfa”dan güclü olduğunu düşünmürəm. Təkcə stadionda yox, qıraqdakı hərəkətlərə və davranışlara görə də. Niyə cəlb edə bilməməyimiz futbolumuzun bəlasıdı. Yığma komanda belə azarkeş yığa bilmir. Hamı oyunlara könüllü gəlir. Fanklublar təzə-təzə yaranan vaxt azarkeş qruplarına pul verirdilər. Biz həmişə buna qarşı olmuşuq. Azarkeş niyə pul almalıdı? Bu düzgün siyasət deyil. Biz istənilən formada təbliğat aparırıq. Ölkəmizdə futbola maraq çox deyil. 40 nəfər toplaya bilirsənsə, böyük bir uğurdu. Bu heç bir azarkeş qrupunun günahı deyil. Azarkeşin oyunlara gəlməməsinin səbəbini bir qədər yuxarıda axtarmaq lazımdı. Klub rəhbərlərinin də üzərinə böyük iş düşür”.

ƏSƏD SEYİDOV
Избранный
17
26
football-plus.az

10Источники