RU

Mədəniyyət Nazirliyi Ağdaşda Mədəniyyət Evini 900 min manata təmir edəcək

Mədəniyyət Nazirliyi Ağdaş rayonundakı Mədəniyyət Evinin təmiri üçün müsabiqə elan edib və dünən onun nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirliyin balansındakı Əsaslı Tikinti və Təchizat MMC bununla bağlı artıq hazırlıqlara başlayıb.

Məlumatda deyilir ki, Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınmasına 819.990,68 manat vəsait ayrılıb. İşləri isə “ŞƏMKİR TİKİNTİ-18” ASC həyata keçirəcək.

Qeyd edək ki, “Şəmkir Tikinti-18” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 64 458 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vaqif Abdullayev Çingiz oğludur. Hüquqi ünvanı AZ5700, Şəmkir Rayonu, Dəllər Ştq, ünvanında yerləşir.

 

Избранный
13
2
tribunainfo.az

3Источники