RU

2032-ci ildə Yer kürəsini böyük təhlükə gözləyir

Alimlər eni 60 metr olan yeni asteroid kəşf ediblər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, asteroidin 2032-ci ildə Yerlə toqquşması ehtimalı var.
 
Mütəxəssislər \"2024 YR4\" adlı asteroidin 2032-ci ilin dekabrında Yerə çox yaxınlaşacağını açıqlayıblar. Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın məlumatına görə, bu meteorit Yerə 106 min kilometr qədər yaxınlaşa bilər.
 
Bununla belə, orbitdəki qeyri-müəyyənlikləri nəzərə alsaq, birbaşa Yerə dəymə ehtimalı da var. Mövcud məlumatlara görə, mümkün toqquşma nöqtəsi Cənubi Amerikadan Atlantik okeanına və Cənubi Afrikaya qədər uzanan bölgəni əhatə edir.
 
Ancaq elm adamları qəti məlumatın yalnız sonrakı müşahidələrlə ortaya çıxacağını bildirirlər.
 
Asteroidin ölçüsü və quruluşu onun təsirinin miqyasını müəyyən edən ən mühüm amillərdir. Hesablamalara görə, \"2024 YR4\" təxminən 60 metr genişlikdədir, lakin bu ölçü onun səthinin parlaqlığından asılı olaraq dəyişə bilər.
 
Astronomlar qarşıdakı illərdə \"2024 YR4\"ü yaxından izləyərək daha dəqiq hesablamalar aparmağı planlaşdırırlar. 2028-ci ildə asteroid Yerə yaxınlaşacaq və bununla da onun ölçüsü, quruluşu və orbiti haqqında daha dəqiq məlumatlar əldə ediləcək.
 
Bu araşdırmalar nəticəsində \"2024 YR4\"ün 2032-ci ildə həqiqətən təhlükə yaradıb-yaratmadığı aydınlaşacaq.
 
Oksana
Избранный
9
azxeber.com

1Источники