Cənubi Sudanda təyyarə qəzaya uğrayıb.

Leqal.info xəbər verir ki, bu barədə "Miraya" radiosu məlumat verib.

Bildirilib ki, içərisində 21 sərnişin və ekipaj üzvü olan təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Qəza nəticəsində 18 nəfər ölüb. Daha 3 nəfər isə ağır yaralanıb.

Ölənlər arasında pilot və köməkçi pilot da var.

Leqal.info