RU

"Viruslar dəyişir, qorunmaq lazımdır"- Pediatrdan AÇIQLAMA

Son günlər virus infeksiyalarının yayılması ilə bağlı həkimlər əhaliyə vacib tövsiyələr verirlər.

Mütəxəssislərin sözlərinə görə, viruslar daim dəyişir, yeni klinik əlamətlərlə ortaya çıxır və xüsusilə risk qrupları üçün ciddi təhlükə yaradır.

Mövzu ilə bağlı  həkim pediatr David Zöhrabov  News365.az-a fikirlərini bildirib. 

Onun sözlərinə görə, virusun yayılmasının qarşısını tam almaq üçün  immuniteti gücləndirməklə və profilaktik tədbirlərə riayət etməklə xəstəliyin qarşısını qismən almaq olar.

Risk qrupları kimlərdir?

Virus infeksiyaları bütün yaş qruplarında müşahidə edilsə də, bəzi insanlar üçün daha təhlükəlidir. Əsas risk qruplarına aşağıdakılar daxildir:

Uşaqlar: Xüsusilə 14 yaşa qədər olanlar, tez-tez xəstələnən, ana südü ilə qidalanmayan və immuniteti zəif olan uşaqlar daha çox risk altındadır.

Hamilə qadınlar: Həkimlər bu qrupun xüsusi diqqətdə saxlanmalı olduğunu bildirir.

Xroniki xəstəlikləri olanlar: İmmun sistemi zəif olan, yanaşı xəstəlikləri mövcud olan şəxslər virus infeksiyalarına daha həssasdır.

Xəstəliyin əsas əlamətləri:

Virus infeksiyalarının əlamətləri fərqli ola bilər, lakin əsasən aşağıdakı simptomlarla müşahidə olunur:

Nəfəsalma çətinliyi

Burun tutulması və ya axması

Öskürək

Yüksək hərarət

Halsızlıq və ümumi zəiflik

David Zöhrabov bildirir ki, bəzi hallarda, xüsusilə allergiyaya meyilli uşaqlarda boğulma halları da müşahidə edilə bilər.

Həkim viruslardan qorunmaq üçün aşağıdakı tədbirləri tövsiyə edir:

Peyvənd olunmaq: Qrip və digər respirator viruslara qarşı peyvəndlər yoluxma riskini və ağırlaşmaları azaldır.

İmmuniteti gücləndirmək: Sağlam qidalanma, vitaminli məhsullar qəbul etmək, açıq havada vaxt keçirmək və idmanla məşğul olmaq immuniteti möhkəmləndirən əsas faktorlardır.

Şəxsi gigiyena: Əlləri tez-tez yumaq, insanlarla yaxın təmasdan qaçmaq və xəstə şəxslərlə ünsiyyətdən çəkinmək vacibdir.

Həkim bildirir ki, virus infeksiyalarının yayılmasının qarşısını almaq üçün əhalinin maarifləndirilməsi və profilaktik tədbirlərə əməl edilməsi vacibdir. Xüsusilə qripə qarşı peyvənd olunmaq və sağlam həyat tərzi keçirmək infeksiyaların ağır fəsadlarını azaltmağa kömək edə bilər.

News365.az

Избранный
2
43
news365.az

10Источники