Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Bunu Qərb etmir, bəzi elm adamları, bəzi elmi təşkilatlar edir. Bu, onların dünyada mövcud olan gərginlik atmosferinə baxışıdır. Atmosfer həqiqətən də son dərəcə gərgindir və dünyada qaynar münaqişələrin sayı çoxdur. Ona görə də təbii ki, narahatlıq üçün əsaslar var”, - Peskov bildirib.
Qeyd edək ki, alimlər Qiyamət günü saatının əqrəbini nüvə gecə yarısına bir saniyə yaxınlaşdırıblar. Bununla da nüvə gecə yarısına 89 saniyə qalıb.