RU

Bakıda "TikTok"a görə qadın ofisiantı döyən restoran rəhbəri HƏBS EDİLDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhəri, Nizami rayonunda yerləşən restoranların birinin icarədarı ofisiantı döyüb.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı qadın ofisiantı döyməkdə ittiham edilib.
Belə ki, sahibkar restoranda Samirənin "TikTok" sosial şəbəkəsində canlı yayım açdığını görüb. O, ofisianta əsəbiləşib və "sən sabahdan istirahətdəsən", - deyib.
Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əməkhaqqını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu işçisinin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara - "haram xoşun olsun", - deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirənin üstünə hücum edərək onu təhqir edib. Daha sonra sahibkar ofisiantın üzünə qapını çırparaq, yumruqla baş nahiyəsinə zərbə vurub.
Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.
Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Избранный
25
39
oxu.az

10Источники