RU

Kolesnik: "ABŞ Putinə sui-qəsd hazırladığına görə cavab verəcək"

Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik News.ru-yamüsahibəsində deyib.

Volodin:"Putinə sui-qəsdin hazırlanması nüvə müharibəsinə aparan yoldur"
“Fikir verin, Taker Karlson belə bir cinayətin hazırlandığını bildirəndə bu, planın indi hazırlanmadığı anlamına gəlmir. Bütün bu kimi okeanın o tayında baş verənlərə nəzər saldıqda və onların öz adamlarını necə aradan götürdüklərinə baxsaq, prezidentləri vəzifədən uzaqlaşdırmaq onlar üçün ümumiyyətlə milli əyləncə olduğunu görərik. Allah xatirinə, qoy bu onların öz daxili işi olsun. Amma Allah eleməsin ki, məlum məsələlərlə bizə toxunmasınlar...”, – Kolesnik bildirib.

Bundan öncə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də özünün Telegram kanalında sui-qəsd mövzusuna toxunub.

Xatırladaq ki, məşhur amerikalı jurnalist Taker Karlson bu günlərdə Cozef Bayden administrasiyası tərəfindən Vladimir Putinə sui-qəsd ilə bağlı planların olduğunuaçıqlamışdı.

Yanvarın 28-də Kremlin sözçüsü Dmitri Peskov da brifinq zamanı Karlsonun Bayden administrasiyasının Putini “öldürməyə cəhd etməsi” ilə bağlı bəyanatınışərh edib.O, jurnalistin Kremlə bu barədə hər hansı məlumat daxil olub-olmadığını və əlavə təhlükəsizlik tədbirlərinin görülüb-götürülməməsi ilə bağlı sualı cavablandırarkən deyib: "Putin həmişə Rusiya xüsusi xidmət orqanları tərəfindən qorunur".

Tural Tağıyev
AzVision.az

Избранный
13
25
azvision.az

10Источники