RU

Cənubi Sudanda təyyarə qəzalarının sirli təkrarı: 18 nəfər mistikası

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Sudanda kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində azı 18 nəfər həlak olub.
Oxu.Az bu barədə BMT-nin ölkədəki missiyasına məxsus "Miraya" radiosuna istinadla xəbər verib.
Bildirilib ki, təyyarədə ümumilikdə 21 sərnişin və ekipaj üzvləri olublar.
Qəza "Unity" neft yatağı yaxınlığında səmaya qalxan zaman baş verib.
Qeyd edək ki, təyyarə qəzası öz mistikliyi ilə diqqət çəkib. Belə ki, ölkədə bundan əvvəl də müxtəlif illərdə baş verən təyyarə qəzalarında eyni sayda insan həlak olub.
Belə ki, 2018 sentyabrın 9-da Kubadan Yirola uçan "Baby Air" sərnişin təyyarəsinin gölə düşməsi nəticəsində üçü uşaq olmaqla 18 nəfər həlak olub, üç nəfər sağ qalıb.
Həmçinin 2020-ci il yanvarın 3-də Darfur bölgəsində "An-12" təyyarəsi qəzaya uğrayıb. Bildirilib ki, hərbi təyyarə El-Geneyna hava limanından qalxdıqdan beş dəqiqə sonra qəzaya uğrayıb və hava limanından beş kilometr məsafədə yerə çırpılıb. Qəza nəticəsində yeddi ekipaj üzvü, üç hakim və səkkiz mülki şəxs olmaqla 18 nəfər həlak olub.
Избранный
7
50
oxu.az

10Источники