RU

Seçki məntəqəsində qadının halı pisləşdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 12:30-da Yasamal rayonu, Şəfayət Mehdiyev 269 ünvanında yerləşən 28 saylı seçki məntəqəsindən çağırış daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumata görə, təcili tibbi yardım briqadası 67 yaşlı qadına arterial təzyiqin qalxması diaqnozu ilə yerində yardım göstərib.
Xatırladaq ki, bu gün Azərbaycanda bələdiyyə seçkisidir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkisində səsvermə hüququ olan 5 961 987 seçici var və 685 bələdiyyənin 8 071 üzvü üçün 16 092 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.
Избранный
10
50
oxu.az

10Источники