Aktual.az xəbər verir ki, bu barədə qurumun X hesabında məlumat yayılıb.
"DOGE əsasən lazımsız vəzifələr üçün işə qəbulu dayandırmaqla, DEİ (müxtəliflik, bərabərlik və daxilolma) proqramlarını ləğv etməklə və xarici qurumlara lazımsız ödənişləri bloklamaqla federal hökumətin gündə təxminən 1 milyard dollar qənaət etməsini təmin edir. Hamısı prezidentin sərəncamlarına uyğundur. Əla başlanğıcdır, lakin biz bunu gündə 3 milyard dollara (ildə bir trilyondan çox) qaldırmalıyıq”, - məlumatda qeyd olunub.