RU

Müşahidəçi fiziki zorakılıq təhdidlərinə məruz qaldığını bildirib

İctimai fəal Əhməd Məmmədli çərşənbə günü Azərbaycanda bələdiyyə seçkilərində səsvermənin monitorinqi zamanı, fiziki zorakılıq təhdidləri də daxil olmaqla, təzyiqə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, Bakının 35 saylı məktəbində yerləşən Nəsimi-Səbail seçki dairəsinin 32 saylı seçki məntəqəsində təzyiq göstərilib.

Fəalın sözlərinə görə, o, yeni saxtalaşdırma texnologiyasını qeydə alıb.

"Əvvəllər müxtəlif məntəqələrdə dəfələrlə səs verənlər (karusel) seçki məntəqələrinə dəstə-dəstə daxil olurdularsa, indi tək-tək daxil olurlar. Seçki məntəqələrinin yaxınlığında "koordinatorlar" onları qarşılayır. Onlar bu şəxslərə necə davranmalı olduqları - tək-tək daxil olmaları və bir-biri ilə ünsiyyətdə olmamaları barədə təlimat verirlər", deyə Məmmədli bildirib.

O, bu "koordinatorların" işinin və digər pozuntuların videogörüntülərini çəkib. Bundan sonra hakimiyyəti təmsil edən komissiya üzvləri və müşahidəçilər ona təzyiq göstərməyə başlayıblar.

Onlardan idmançı bədən quruluşu olan biri açıq şəkildə təhdid edib. "O deyib ki, mən hansısa "kriminal avtoritetin" bacısını videoya çəkmişəm və o, məni öldürməklə hədələyir. Mən məntəqəni tərk etməkdən imtina etdim, videomüraciət yayaraq, bu haqda danışdım. Başıma nə isə gəlsə, buna görə seçki prosesinə müdaxilə edən hakim Yeni Azərbaycan Partiyasından olan komissiya üzvləri, müşahidəçilər məsuliyyət daşıyır", deyə Məmmədli bildirib.

Onun sözlərinə görə, videomüraciətdən sonra ona qarşı təzyiq dayanıb.

Избранный
5
turan.az

1Источники