Azərbaycanda fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən ötən il 1 milyard 353 milyon manat məbləğində sığorta haqqı yığılıb. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, yığılan sığorta haqları əvvəlki illə müqayisədə 10,7% çox olub. Qeyd edək ki, yığılan sığorta haqlarının yarıdan çoxunu – 67,4%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb. “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 912 milyon manat olub. Ən çox sığorta haqqı toplayanların ilk üçlüyünü 167,4 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 105 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tamamlayır. Rəqəmlərdən də göründüyü kimi sığorta yığımlarının 87,5%-i ( 1 milyard 184,4 milyon manat) adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Qala” və “Atəşgah” şirkətlərinin payına düşüb.