ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna prezident Donald Trampın xidmətlərinə görə Raşmor dağına portretinin əlavə olunmasını istəyib.
Publika.az xəbər verir ki, müvafiq təşəbbüs konqresmenin saytında dərc olunub.
“Mən rəsmi olaraq Raşmor dağında prezident Trampın portretini yaratmaq üçün qanun layihəsi təqdim etmişəm. Onun ölkəmizin rifahı naminə əldə etdiyi görkəmli nailiyyətlər və bundan sonra da əldə edəcəyi uğurlar tanınmağa layiqdir”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Cənubi Dakota ştatında yerləşən Raşmor dağında ABŞ-ın dörd keçmiş prezidentinin üzünü əks etdirən barelyeflər həkk olunub. Corc Vaşinqton, Tomas Cefferson, Abraham Linkoln və Teodor Ruzveltin üzləri orada əks olunub.
Xatırladaq ki, ötən il avqustun 9-da Trampın öz şəklinin Raşmor dağında dörd Amerika prezidentinin barelyeflərinin yanında görünməsini istəmişdi.