Türkiyə hərbçilərinin Suriyanın şimalında, "Barış Pınarı” bölgəsində keçirdikləri antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 14 silahlısı öldürülüb.
Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, terrorçular bu coğrafiyadan yox olub gedənə qədər mübarizə əzm və qətiyyətlə davam edəcək.