RU

Duma BMT-dən Putinə qarşı sui-qəsd planının araşdırılmasını tələb edir

AzVision.az xəbər verir ki, bu barədə Rusiya parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda o da vurğulanıb ki, plenar iclasda Dumanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Vasili Piskarev amerikalı jurnalistin Blinkenin təklifi ilə sui-qəsd planının müzakirəyə çıxarılmasına diqqət çəkib. DövlətO, məsələyə aydınlıq gətirilməsi üçün Amerika parlamentarilərinə müraciət etməyi təklif edib.

Bundan öncə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik News.ru-ya müsahibəsində demişdi ki, ABŞ Rusiya prezidentinə qarşı sui-qəsdin hazırlanmasına görə cavab verəcək.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin də özünün Telegram kanalında qalmaqallı sui-qəsd mövzusuna reaksiya verib. O qeyd edib ki, Putinə sui-qəsd hazırlamaq nüvə müharibəsinin başlanmasına aparan birbaşa yoldur.

Tural Tağıyev
AzVision.az

Избранный
6
azvision.az

1Источники